Fitness-i ağıllı biznesə çeviririk
LeoFit məşqçi və dietoloqların bilik və təcrübəsini texnologiya ilə birləşdirir ki, daha çox insan sağlam həyat tərzinə daha asan yolla çatsın.



Niyə LeoFit yaratdıq
Fitness peşəkarlarının əksəriyyəti hələ də işini mesajlaşma tətbiqləri, cədvəllər və PDF fayllar üzərində qurur. Bu, vaxt itkisi, müştəri itkisi və böyüməyin qarşısında divar deməkdir.
Digər tərəfdən, insanlar məşqə başlayır, amma düzgün plan, nəzarət və motivasiya olmadığı üçün tez dayanır. Fitness tətbiqləri ya çox ümumidir, ya da real peşəkarla əlaqəni təmin etmir.
LeoFit hər iki problemi bir platformada həll edir: peşəkarlar üçün biznes alətləri, müştərilər üçün isə şəxsi və ölçülə bilən təcrübə — yemək fotosundan AI ilə kalori hesablanması ilə.
Nəyə inanırıq
İnsan birinci
Texnologiya peşəkarı əvəz etmir, ona güc verir.
Ölçülə bilən nəticə
Hər irəliləyiş görünən və ölçülən olmalıdır.
Məxfilik
Sağlamlıq məlumatları ən yüksək qayğı ilə qorunur.
Yerli yanaşma
Dil, mətbəx və bazar reallığına uyğun həllər.
Artıq mövcud olanlar
Aşağıdakıların hamısı artıq platformada mövcuddur.
Məşq, kardio və qidalanma proqramları
MövcuddurProqram qurucusu, şablonlar, hərəkət kitabxanası və PDF ixrac.
Yoxlama, çəki və foto progress
MövcuddurHəftəlik yoxlamalar, çəki qrafiki və şəxsi qalereya.
Chat, bildirişlər və sorğular
MövcuddurReal-time chat, səsli mesajlar, push və avtomatik sorğular.
Marketplace və paketlər
MövcuddurTəsdiqlənmiş profillər, onlayn və zalda paketlər, müraciət axını.
AI foto kalori analizi
MövcuddurYeməyin fotosundan kalori və makroların hesablanması.
Peşəkar veb panel
MövcuddurMəşqçilər üçün kompüterdən işləmək imkanı.
LeoFit hekayəsinin bir hissəsi olun
Məşqçi, dietoloq və ya istifadəçi kimi qoşulun.