Skip to content

LeoFit hesabının və məlumatlarının silinməsi

Bu səhifə LeoFit tətbiqi istifadəçiləri və LeoFit Pro tətbiqindən istifadə edən məşqçi və dietoloqlar üçündür (developer: LeoFit). Hesabınızı və onunla bağlı şəxsi məlumatlarınızı istənilən vaxt silə bilərsiniz — tətbiqin içindən və ya tətbiq olmadan, e-poçt vasitəsilə.

Hesabı necə silmək olar

Tətbiqin içindən (tövsiyə olunur)

  1. 1LeoFit tətbiqini açın və hesabınıza daxil olun.
  2. 2Aşağı menyudan «Profil» bölməsinə keçin.
  3. 3Səhifənin ən aşağısındakı «Hesabı sil» düyməsinə toxunun (eyni düymə «Profil» → «Təhlükəsizlik» bölməsində də var).
  4. 4Silməni təsdiqləyin. Hesabınız dərhal bağlanır və bir daha daxil olmaq mümkün olmur.

Tətbiq olmadan (e-poçt ilə)

  1. 1support@leofit.az ünvanına yazın.
  2. 2Mövzuya «Hesabın silinməsi» yazın, məktubda hesabınıza bağlı telefon nömrəsini və ya istifadəçi adınızı göstərin.
  3. 3Hesabın Sizə məxsus olduğunu təsdiqləmək üçün Sizinlə əlaqə saxlayacağıq (adətən 2 iş günü ərzində) — məsələn, həmin nömrəyə SMS kodu göndərərək.
  4. 4Təsdiqdən sonra hesabınız silinir və bunu Sizə bildiririk.
Silmə müraciəti göndər

support@leofit.az

Silinən məlumatlar

  • Profil məlumatları: ad, soyad, istifadəçi adı, telefon nömrəsi, e-poçt (əgər göstərilibsə), profil şəkli, parol
  • Bədən göstəriciləri: çəki tarixçəsi, boy, bədən ölçüləri, doğum tarixi, cins
  • Progress fotoları və qalereya
  • Yoxlamalar (şəkillər, şərhlər, Peşəkarın rəyləri)
  • Yemək jurnalı, yemək şəkilləri, AI analiz nəticələri və düzəlişləriniz
  • Anket cavabları
  • Məşq, kardio və qidalanma proqramlarının icra tarixçəsi
  • Məşqçi və dəstək ilə yazışmalar, çatda göndərilmiş şəkil, video, fayl və səsli mesajlar
  • Bildiriş ayarları, cihaz bildiriş tokenləri və SMS təsdiq kodları
  • Qadağan qidalar siyahısı və digər fərdi seçimlər

Saxlanılan məlumatlar və müddətlər

MəlumatNiyə saxlanılırMüddət
Fırıldaqçılıq və ya mübahisə ilə bağlı qeydlərTəhlükəsizlik və hüquqi tələblərMəsələ bağlanana qədər
Ehtiyat nüsxələr (backup)Texniki — sistemin bərpasıƏn çox 90 gün, sonra avtomatik silinir
Anonim, ümumiləşdirilmiş statistikaXidmətin təkmilləşdirilməsi; Sizi müəyyən etmək mümkün deyilMüddətsiz

Nə vaxt silinir

  • Hesab silmə təsdiqləndiyi anda bağlanır — daxil olmaq və məlumatlara baxmaq dayandırılır, bütün sessiyalar bağlanır.
  • «Silinən məlumatlar» bölməsindəki bütün məlumatlar 30 gün ərzində həmişəlik silinir və ya geri dönməz şəkildə anonimləşdirilir.
  • Məşqçinizlə əməkdaşlıq bitir və o, Sizin məlumatlarınızı bir daha görmür.
  • Silinmiş hesab bərpa olunmur; yenidən istifadə üçün yeni hesab yaratmalısınız.

Məşqçi və dietoloqlar (LeoFit Pro): hesabı tətbiqdə «Menyu» → «Giriş və Təhlükəsizlik» → «Hesabı sil» yolu ilə silə və ya telefon nömrənizi göstərərək support@leofit.az ünvanına yaza bilərsiniz. Hesab dərhal bağlanır, müştərilərlə əməkdaşlıq bitir, profiliniz görünmür; şəxsi və peşəkar məlumatlarınız (profil, bio, sertifikatlar, nəticə şəkilləri, qeydlər, yazışmalar) 30 gün ərzində silinir və ya anonimləşdirilir.

Məlumatların emalı haqqında ətraflı: Məxfilik siyasəti