Bu Məxfilik Siyasəti (bundan sonra — «Siyasət») LeoFit mobil tətbiqindən və leofit.az saytından (bundan sonra — «Platforma») istifadə edən şəxslərin (bundan sonra — «Siz» və ya «İstifadəçi») şəxsi məlumatlarının LeoFit (bundan sonra — «Biz» və ya «LeoFit») tərəfindən necə toplandığını, istifadə edildiyini, kimlərlə paylaşıldığını, necə qorunduğunu və necə silindiyini izah edir.
Platformadan istifadə etməklə və məlumatlarınızı daxil etməklə bu Siyasətdə təsvir olunan emala razılıq verirsiniz. Razı deyilsinizsə, Platformadan istifadə etməyin. Məşqçi və dietoloqlar üçün ayrıca Peşəkar Məxfilik Siyasəti mövcuddur.
Topladığımız məlumatlar
Yalnız xidməti göstərmək üçün lazım olan məlumatları toplayırıq. Məlumatların çoxunu Siz özünüz daxil edirsiniz.
1.1. Hesab məlumatları
- Ad və soyad
- İstifadəçi adı
- Telefon nömrəsi — qeydiyyat, giriş və təsdiq kodları üçün
- Parol — yalnız geri çevrilməyən (hash) formada saxlanılır, açıq parolunuzu görmürük
- E-poçt ünvanı (istəyə bağlı)
- Profil şəkli (istəyə bağlı)
- Seçdiyiniz interfeys dili və ölçü vahidləri
1.2. Giriş və təhlükəsizlik məlumatları
- Telefonunuza SMS ilə göndərilən birdəfəlik təsdiq kodları (qısa müddət etibarlıdır və şifrələnmiş formada saxlanılır)
- İki mərhələli doğrulamanın açıq və ya bağlı olması
- Sessiya tokenləri, giriş vaxtı, IP ünvanı, cihaz modeli, əməliyyat sistemi və tətbiq versiyası — hesabın təhlükəsizliyi və texniki problemlərin aradan qaldırılması üçün
- Tətbiqdən istifadə statistikası — tətbiqin açıq qaldığı müddət, baxılan ekranların adları və hansı funksiyalardan istifadə etdiyiniz (yazdığınız mətn, şəkil və ya digər məzmun olmadan) — xidməti yaxşılaşdırmaq üçün
- Push-bildiriş tokeni — bildirişləri cihazınıza çatdırmaq üçün
1.3. Sağlamlıq və fitnes məlumatları
Bu məlumatlar həssas kateqoriyaya aiddir. Onları Siz könüllü daxil edirsiniz və yalnız xidmətin göstərilməsi üçün istifadə olunur:
- Çəki və çəki tarixçəsi, boy, bədən ölçüləri
- Yaş (doğum tarixi) və cins
- Hədəfiniz (arıqlamaq, çəkini saxlamaq, əzələ yığmaq), fiziki aktivlik səviyyəsi və gündəlik kalori hədəfi
- Qida və kalori qeydləri: yemək jurnalı, yemək şəkilləri, AI analizinin nəticələri və onlara etdiyiniz düzəlişlər
- Məşq məlumatları: setlər, təkrarlar, istifadə olunan çəkilər, kardio və tapşırıqların tamamlanması
- Hərəkət videoları: AI ilə texnika analizi üçün çəkdiyiniz və ya qalereyadan seçdiyiniz məşq videoları, onlardan hesablanan bədən nöqtələri və bucaq ölçmələri, analizin nəticələri (qiymət, səhvlər, tövsiyələr) və səsli izahlı nəticə videosu
- Yoxlamalar: ölçülər, şəkillər, şərhləriniz və Peşəkarın rəyi
- Progress fotoları və qalereya
- Qadağan qidalar siyahısı və anket cavabları
1.4. Çat məlumatları
Peşəkarlarla və LeoFit Dəstək ilə yazışmalarınız Platformada saxlanılır ki, hər iki tərəf onlara baxa bilsin:
- Çat mesajları
- Çatda göndərilən şəkillər, videolar, fayllar və səsli mesajlar
- Mesajların vaxtı və statusu (çatdırıldı, oxundu), reaksiyalar və seçilmiş mesajlar
1.5. Cihaz icazələri
Tətbiq aşağıdakı icazələri yalnız müvafiq funksiyadan istifadə etdiyiniz zaman istəyir. İstənilən icazəni cihaz ayarlarından ləğv edə bilərsiniz; bu halda yalnız həmin funksiya işləməyəcək.
- Kamera — yemək, progress və yoxlama şəkilləri çəkmək, hərəkət analizi üçün məşq videosu çəkmək (video səssiz yazılır), çatda şəkil və ya video göndərmək üçün
- Foto qalereyası və fayllar — mövcud şəkil, video və ya faylı (o cümlədən hərəkət analizi üçün məşq videosunu) seçib yükləmək üçün
- Mikrofon — çatda səsli mesaj yazmaq üçün
- Bildirişlər — mesajlar, proqram yenilikləri və xatırlatmalar üçün
- Face ID / barmaq izi — istəyə bağlı tətbiq kilidi üçün. Biometrik yoxlamanı cihazınızın əməliyyat sistemi aparır; biometrik məlumatlar LeoFit-ə ötürülmür
1.6. Toplamadığımız məlumatlar
- Məkan (geolokasiya) məlumatı toplanmır
- Kontaktlar siyahınıza giriş edilmir
- Reklam identifikatorları toplanmır, sizi digər tətbiq və saytlarda izləmirik
- Üçüncü tərəf analitika və ya reklam SDK-ları istifadə olunmur; istifadə statistikası yalnız LeoFit serverlərində saxlanılır və heç kimə ötürülmür
- Ödəniş və bank kartı məlumatları toplanmır. Hazırda tətbiq daxilində heç bir ödəniş aparılmır
Məlumatlardan necə istifadə edirik
Topladığımız məlumatları yalnız aşağıdakı məqsədlər üçün istifadə edirik:
Məlumatlarınızı reklam məqsədilə istifadə etmirik, satmırıq və reklam şəbəkələrinə ötürmürük.
| Məqsəd | İstifadə olunan məlumatlar |
|---|---|
| Hesabın yaradılması, giriş və təsdiq | Ad, istifadəçi adı, telefon nömrəsi, parol hash-i, SMS təsdiq kodları |
| Fitnes və qidalanma funksiyaları (izləmə, kalori hədəfi, proqramlar, yoxlamalar) | Sağlamlıq və fitnes məlumatları |
| Seçdiyiniz Peşəkarla əməkdaşlıq və yazışma | Profil, sağlamlıq və fitnes məlumatları, çat məlumatları |
| Yemək şəkillərinin AI ilə təhlili (kalori və makro təxmini) | Yemək şəkli və ona əlavə etdiyiniz qeyd |
| Məşq videolarının AI ilə təhlili (hərəkət texnikasının yoxlanması) | Hərəkət videosu, seçdiyiniz hərəkət, bədən nöqtələri və bucaq ölçmələri |
| Bildirişlərin göndərilməsi | Push-bildiriş tokeni, bildiriş ayarları |
| Dəstək müraciətlərinə cavab | Hesab məlumatları, dəstək çatı |
| Hesabın təhlükəsizliyi və sui-istifadənin qarşısının alınması | IP ünvanı, cihaz məlumatları, sessiyalar |
| Texniki xətaların aradan qaldırılması | Cihaz modeli, əməliyyat sistemi, tətbiq versiyası, xəta qeydləri |
| Xidmətin yaxşılaşdırılması | İstifadə statistikası: tətbiqdə keçirilən vaxt, baxılan ekranlar, istifadə olunan funksiyalar |
| Qanuni öhdəliklərin yerinə yetirilməsi | Qanunla tələb olunan məlumatlar |
2.1. Yemək şəkillərinin AI ilə təhlili
- Yemək şəklini təhlil üçün göndərdiyiniz zaman şəkil Google Gemini xidmətinə ötürülür. Gemini yalnız yeməyin təxmini kalorisini və makro qida dəyərlərini (zülal, yağ, karbohidrat) hesablayır
- Nəticələr təxminidir və səhv ola bilər; onları istənilən vaxt düzəldə bilərsiniz
- AI məşq və ya qidalanma proqramı yaratmır, diaqnoz qoymur və tibbi məsləhət vermir. Proqramları Peşəkarlar hazırlayır
- Gündəlik kalori hədəfi daxil etdiyiniz göstəricilər əsasında standart hesablama düsturları ilə müəyyən edilir
2.2. Məşq videolarının AI ilə təhlili (hərəkət analizi)
- «Hərəkət analizi» funksiyasından istifadə etdiyiniz zaman göndərdiyiniz məşq videosu (2–30 saniyə) bizim serverlərimizdə emal olunur: videoda əsas şəxsin bədən nöqtələri tapılır, təkrarlar sayılır və hərəkət zamanı oynaq bucaqları ölçülür
- Hərəkəti tanımaq və texnikanı qiymətləndirmək üçün videonun kiçildilmiş, səssiz nüsxəsi (qısa tərəfi ən çox 480 piksel), seçdiyiniz hərəkətin adı və ölçmələrin mətn xülasəsi (təkrarlar, vaxt, bucaqlar) Google Gemini xidmətinə ötürülür. Səsli izah da Gemini ilə izahın mətnindən hazırlanır. Videonun səsi, adınız, telefon nömrəniz və profil məlumatlarınız Gemini-yə göndərilmir
- Video yalnız texnika analizi üçün istifadə olunur. Onu reklam məqsədilə istifadə etmirik, açıq paylaşmırıq, AI modellərinin öyrədilməsi üçün istifadə etmirik və bu məqsədlə başqalarına vermirik
- Videolar ayrıca qapalı (şəxsi) yaddaşda saxlanılır və açıq linki yoxdur. Tətbiq onları yalnız 15 dəqiqə etibarlı olan imzalı linklə açır
- Analizləriniz yalnız Sizə görünür. Peşəkarınız onları görmür — analizin nəticə videosunu onunla çatınıza yalnız Siz «Məşqçimə göndər» düyməsi ilə göndərə bilərsiniz (3.1-ci bölmə)
- «Paylaş» və ya «Yüklə» düyməsi ilə LeoFit loqolu videonu cihazınıza yadda saxlaya və ya seçdiyiniz tətbiqdə paylaşa bilərsiniz. Bunu yalnız Siz edirsiniz; paylaşdığınız xidmətin öz qaydaları tətbiq olunur
- Nəticələr təxminidir və səhv ola bilər. AI diaqnoz qoymur, tibbi məsləhət vermir və Peşəkarın rəyini əvəz etmir. Ağrı və ya zədə halında həkimə müraciət edin
- Kadrda təsadüfən başqa adamlar görünə bilər. Bədən nöqtələri və ölçmələr yalnız əsas şəxs üçün aparılır, digər adamlar təhlil olunmur, lakin videoda görünməyə davam edirlər. Başqalarını onların razılığı olmadan çəkməməyinizi xahiş edirik
- Videolar çəkildiyi gündən 90 gün sonra avtomatik silinir. Analizin mətn nəticəsi tarixçənizdə qalır
- İstənilən analizi «Profil» → «AI hərəkət analizlərim» bölməsində istənilən vaxt silə bilərsiniz: onun videoları və kiçik şəkli dərhal silinir, analiz isə tarixçənizdən çıxarılır
- LeoFit əməkdaşları analizlərə yalnız texniki problemi və ya dəstək müraciətini həll etmək üçün baxa bilər; hər belə baxış jurnala yazılır
2.3. Həssas məlumatların emalı üçün razılıq
Sağlamlıq və fitnes məlumatlarını Siz könüllü daxil edirsiniz və bununla onların bu Siyasətdə göstərilən məqsədlərlə emalına razılıq verirsiniz. Razılığınızı istənilən vaxt həmin məlumatları silməklə və ya hesabınızı silməklə geri götürə bilərsiniz.
Məlumatların paylaşılması
Şəxsi məlumatlarınızı satmırıq. Onlar yalnız aşağıdakı hallarda paylaşılır:
3.1. Seçdiyiniz Peşəkar
Bir məşqçi və ya dietoloqla əməkdaşlığa başladığınız zaman (müraciətiniz qəbul edildikdə və ya Peşəkarın linki ilə qoşulduqda) həmin Peşəkar aşağıdakı məlumatları görür:
- Ad, istifadəçi adı, profil şəkli və telefon nömrəsi
- Yaş, cins, boy, çəki, hədəf və aktivlik səviyyəsi
- Yoxlamalar, progress fotoları, qida qeydləri və yemək şəkillərinin AI analizi nəticələri
- Proqramların icrası (məşq, kardio, qidalanma)
- Onunla olan çat yazışmanız
- Hərəkət analizləriniz Peşəkara görünmür. Analizin nəticə videosunu «Məşqçimə göndər» düyməsi ilə göndərdiyiniz zaman ekranda baxdığınız eyni video (bədən xətləri, altyazı və səsli izahla) və qısa nəticə (hərəkət, qiymət, səhvlərin sayı, qeydiniz) onunla çatınıza adi mesaj kimi düşür
3.2. Xidmət təminatçıları
Platformanın işləməsi üçün aşağıdakı xidmət təminatçılarından istifadə edirik. Onlar məlumatları yalnız bizim adımıza və göstərilən məqsəd üçün emal edir:
| Təminatçı | Məqsəd | Ötürülən məlumatlar |
|---|---|---|
| Contabo (Avropa İttifaqı) | Şəkillərin, videoların və faylların saxlanması (obyekt yaddaşı) | Yüklədiyiniz şəkillər, videolar, fayllar və səsli mesajlar |
| Google — Gemini API | Yemək şəkillərinin və məşq videolarının AI ilə təhlili, səsli izahın hazırlanması | Təhlilə göndərdiyiniz yemək şəkli və qeyd; məşq videosunun kiçildilmiş, səssiz nüsxəsi, seçdiyiniz hərəkətin adı, ölçmələrin xülasəsi və səsləndiriləcək izahın mətni |
| Google — Firebase Cloud Messaging və Apple Push Notification service | Push-bildirişlərin çatdırılması | Push-bildiriş tokeni və bildiriş mətni |
| 1sms.az | SMS ilə təsdiq kodlarının göndərilməsi | Telefon nömrəsi və kodun mətni |
| Telegram | LeoFit komandasına daxili xidməti bildirişlər (yeni qeydiyyat, AI analizinin statusu, dəstək müraciəti) | Ad və ya istifadəçi adı, telefon nömrəsi, hadisə barədə qısa məlumat (məs. hərəkətin adı və analizin nəticəsi), yemək analizində yemək şəkli. Hərəkət videoları göndərilmir |
3.3. Qanuni tələblər
Məlumatlar yalnız qanunla nəzərdə tutulmuş hallarda — məhkəmə qərarı və ya səlahiyyətli dövlət orqanının qanuni sorğusu əsasında, həmçinin LeoFit-in və istifadəçilərin hüquqlarını və təhlükəsizliyini qorumaq üçün zəruri olduqda açıqlana bilər.
Saxlanma yeri və müddəti
4.1. Saxlanma yeri
Məlumatlar LeoFit-in serverlərində, yüklənən fayllar isə Avropa İttifaqında yerləşən Contabo obyekt yaddaşında saxlanılır. Cihazınızla serverlərimiz arasında bütün məlumatlar şifrələnmiş bağlantı (HTTPS/TLS) ilə ötürülür.
4.2. Saxlanma müddəti
| Məlumat | Müddət |
|---|---|
| Hesab, sağlamlıq, fitnes və çat məlumatları | Hesab aktiv olduğu müddətdə; hesab silindikdən sonra 30 gün ərzində silinir |
| SMS təsdiq kodları | Bir neçə dəqiqə etibarlıdır; hesab silindikdə tamamilə silinir |
| Təhlükəsizlik qeydləri (giriş vaxtı, IP ünvanı) | 12 ayadək |
| Hərəkət analizinin videoları və kiçik şəkli (göndərdiyiniz video, AI-ın hazırladığı izahlı video, paylaşmaq üçün hazırlanan video) | Çəkildiyi gündən 90 gün, sonra avtomatik silinir; analizi silsəniz — dərhal |
| Hərəkət analizinin mətn nəticəsi (hərəkət, qiymət, səhvlər, tövsiyələr) | Hesab aktiv olduğu müddətdə; analizi silsəniz, tarixçənizdən dərhal çıxarılır |
| Peşəkara çatda göndərdiyiniz hərəkət analizi videosu | Çat məlumatları kimi saxlanılır; 90 günlük müddət və analizin silinməsi ona aid deyil |
| Ehtiyat nüsxələr (backup) | Ən çox 90 gün, sonra avtomatik silinir |
| İstifadə statistikası (sessiyalar, baxılan ekranlar) | 180 gün; hesab silindikdə silinir |
| Anonim, ümumiləşdirilmiş statistika | Müddətsiz — sizi müəyyən etmək mümkün deyil |
Məlumatların təhlükəsizliyi
Məlumatlarınızı qorumaq üçün texniki və təşkilati tədbirlər görürük. Bununla belə, internet üzərindən məlumat ötürülməsinin tam təhlükəsizliyinə heç kim zəmanət verə bilməz.
5.1. Bizim tədbirlərimiz
- Bütün məlumatlar şifrələnmiş bağlantı (HTTPS/TLS) ilə ötürülür
- Parollar yalnız geri çevrilməyən (hash) formada saxlanılır
- Sessiya tokenləri cihazda qorunan yaddaşda saxlanılır
- Giriş və təsdiq kodu cəhdləri məhdudlaşdırılır
- Məlumatlara giriş yalnız zəruri olan əməkdaşlara və yalnız iş məqsədi ilə verilir
- Bədən görünən fayllar (progress və yoxlama şəkilləri, hərəkət videoları, çat faylları) ayrıca qapalı yaddaşda saxlanılır; açıq linkləri yoxdur və onlar yalnız 15 dəqiqə etibarlı imzalı linklə açılır — Sizə, icazə verdiyiniz Peşəkara və zəruri hallarda səlahiyyətli əməkdaşlara
- Əməkdaşların şəxsi fayllara və yazışmalara baxışı jurnala yazılır
5.2. Sizin edə biləcəkləriniz
- Güclü parol seçin və təsdiq kodlarını heç kimlə paylaşmayın
- İki mərhələli doğrulamanı açın: «Profil» → «Təhlükəsizlik» → «İki mərhələli doğrulama». Bu zaman girişdə telefonunuza SMS ilə birdəfəlik kod göndərilir. Tövsiyə olunur
- Tətbiq kilidini açın: «Profil» → «Təhlükəsizlik» → «Tətbiq kilidi». Tətbiq açılarkən 4 rəqəmli kod və ya Face ID / barmaq izi soruşulur; kod yalnız cihazınızda saxlanılır. Tövsiyə olunur
- Ortaq cihazlarda hesabdan çıxış edin
Sizin hüquqlarınız
Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa və tətbiq olunan beynəlxalq standartlara uyğun olaraq aşağıdakı hüquqlara maliksiniz:
- Giriş — məlumatlarınızın böyük hissəsinə tətbiqdə baxa bilərsiniz; tam nüsxə üçün bizə yaza bilərsiniz
- Düzəliş — profil və fitnes məlumatlarınızı «Profil» bölməsində istənilən vaxt dəyişə bilərsiniz
- Silinmə — ayrı-ayrı qeydləri, şəkilləri və ya bütün hesabı silə bilərsiniz (7-ci bölmə)
- Razılığın geri götürülməsi — məlumatları silməklə və ya hesabı silməklə
- Emalın məhdudlaşdırılması və etiraz — xüsusi hallarda bizə yazaraq
- Daşınma — məlumatlarınızın maşınla oxunan formatda nüsxəsini tələb edə bilərsiniz
- Şikayət — əvvəlcə support@leofit.az ünvanına yazmağınızı xahiş edirik; həll olunmazsa, səlahiyyətli dövlət orqanına müraciət edə bilərsiniz
- Bütün sorğulara 30 gün ərzində cavab veririk
Hesabın və məlumatların silinməsi
7.1. Necə silmək olar
- Tətbiqdə: «Profil» bölməsini açın, səhifənin ən aşağısındakı «Hesabı sil» düyməsinə toxunun və təsdiqləyin. Eyni düymə «Profil» → «Təhlükəsizlik» bölməsində də var
- Tətbiq olmadan: leofit.az/account-deletion səhifəsindəki göstərişlərə əməl edin və ya support@leofit.az ünvanına telefon nömrənizi və ya istifadəçi adınızı göstərərək yazın
7.2. Nə baş verir
- Hesab dərhal deaktiv olunur, bütün sessiyalar bağlanır və Peşəkarla əməkdaşlıq bitir
- Profil, sağlamlıq və fitnes məlumatları, şəkillər, qida qeydləri, yoxlamalar və yazışmalar 30 gün ərzində həmişəlik silinir və ya geri dönməz şəkildə anonimləşdirilir
- Hərəkət analizlərinin videoları ən gec çəkildiyi gündən 90 gün sonra avtomatik silinir, mətn nəticələri isə yuxarıdakı kimi anonimləşdirilir
- Ehtiyat nüsxələrdə qalan məlumatlar ən çox 90 gün sonra avtomatik silinir
- Silinmiş hesab bərpa olunmur
Kukilər və oxşar texnologiyalar
Mobil tətbiq kukilərdən, reklam identifikatorlarından və izləmə texnologiyalarından istifadə etmir. Giriş sessiyası və ayarlar (dil, tətbiq kilidi) yalnız cihazınızın yaddaşında saxlanılır.
leofit.az saytı yalnız seçdiyiniz dili yadda saxlamaq üçün brauzerin yerli yaddaşından istifadə edir. Saytda analitika və ya reklam kukiləri yoxdur.
Yaş məhdudiyyəti
Platformadan 13 yaşına çatmış şəxslər istifadə edə bilər. 13 yaşdan kiçik uşaqlar Platformadan istifadə edə bilməz və biz onların məlumatlarını bilərəkdən toplamırıq. Belə bir halın olduğunu düşünürsünüzsə, support@leofit.az ünvanına yazın — məlumatlar silinəcək.
Siyasətdə dəyişikliklər
Bu Siyasəti yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər barədə tətbiqdə bildiriş verəcəyik, bu səhifədəki «Son yenilənmə» tarixi isə dəyişəcək. Dəyişikliklərdən sonra Platformadan istifadəni davam etdirmək yenilənmiş Siyasəti qəbul etmək deməkdir.
Əlaqə
Bu Siyasət və ya məlumatlarınızla bağlı suallarınız üçün bizimlə əlaqə saxlayın:
- E-poçt: support@leofit.az
- Tətbiqdə: «Profil» → «Dəstək»
- Sayt: leofit.az